Google TV

Google TV 2010-cu ildə Google şirkəti tərəfindən istehsal edilən telekompüterdir. Cəmi 100 dollara başa gələn telekompüter həm televiziya, həm də internet kanallarını izləməyə imkan verir. Bu avadanlıq daha çox TV-yə qoşulan kompüteri xatırladır. Logitech Revue adını alan bu cihaz televizora qoşulduqda siz aşağıdakı funksiyalardan  istifadə edə bilərsiniz:

  • USB ilə qoşulmuş  istənilən avadanlıqdan filmə baxıb, musiqi dinləmək
  • İnternet vasitəsilə DLNA ( Digital Living Network Alliance) formatını dəstəkləyən avadanlığın funksiyalarından istifadə edə bilərsiniz. Hazırda istənilən müasir kompüter bu formatı dəstəkləyir.
  • Google TV-yəAdobe FlashHTML 5-i dəstəkləyən Google Chrome quraşdırılıb. Beləliklə, siz istənilən İnternet səhifəsindən istənilən video (HD formatda belə)  və audionu izləyə, dinləyə bilərsiniz.

Doğrudur, bütün bunları televizora qoşulan istənilən noutbuk edə bilər, lakin onu da qeyd etmək lazımdır ki, noutbukla qoşulmaq heç də hər zaman rahat deyil və cəmi 100 dollara başa gəlmir.

google tv

 

Şəkildə göründüyü kimi, avadanlığaiki USB və ya xarici sərt disk qoşmaq mümkündür. Bundan əlavə, avadanlıqda qurulmuş olan HDMI(out) ilə  televizora qoşula, digər HDMI (in) vasitəsilə isə siz İnternetdə istədiyiniz səhifələrə baxış keçirə bilərsiniz. Google TV bundan başqa, standart Ethernet girişə (həmçinin Wi-Fi mövcuddur) və AV qəbuledicisi ilə əlaqə üçün S/PDIF  səs çıxışına malikdir. IR Blaster üçün nəzərdə tutulmuş hissə vasitəsilə avadanlığınıza çox da yaxın məsafədə olmayan Revue texnikanı idarə etmək mümkündür. Ulduzlu düymə Logitech revue ilə digər simsiz aksessuarlarınızı əlaqələndirməyə imkan verəcək.

TV-nin əsas hissələrindən biri də simsiz klaviaturadır. O,idarəedici pult işini görür. Klaviatura kiçik olmasa da, çox yüngül, rahatdır (340 qr) və rəqiblərindən fərqli olaraq Google TV-nin klaviaturası istədiyiniz mətni yığmağa imkan verir. Əlavə aksessuarlara HD Kamerada daxildir, onunla siz video konferensiyalar apara bilərsiniz.

Desktopda Google Play, Logitech MediaCenter, Google ChromeYoutube proqramları mövcuddur. Digərlərinə isə “All Apps.” düyməsinə basmaqla keçid ala bilərsiniz. Bu proqramlar  vasitəsi ilə USB ilə qoşulmuş cihazda, kompüterinizdə və ya internetdə olan  media kontenti izləyə və dinləyə bilərsiniz.