Google şirkəti Glass eynəklərinin zərəri barədə xəbərdarlıq edir

Google şirkəti Google Glass əlavə reallıq eynəklərinin istifadəçilərin gözlərində gərginlik və baş ağrısı yarada biləcəyi barədə xəbərdarlıq edib. Şirkət eynəkləri alıcının hansısa səbəbdən istifadə edə bilmədiyi halda məhdud müddət ərzində geri almağa və ödənilən pulu qaytarmağa hazır olduğunu bildirib.

Google Glass-ın görmə qabiliyyəti sisteminə təsir etməsi ilə əlaqədar olaraq 13 yaşınadək olan uşaqlara eynəklərdən istifadə qadağan olunub, çünki qurğu onların görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarar. Bundan başqa, uşaq eynəyi sındıra və nəticədə xəsarət ala bilər. Google Glass-dan istifadə şərtlərinə əsasən, eynək sahibi və istifadəçisinin yaşı 13-dən çox olmalıdır.Şirkətdən həmçinin konkret dövlətdə yol hərəkəti qaydaları ilə tanış olmaq tövsiyə edilərək xatırladılır ki, ABŞ-ın əksər ştatlarında istənilən nəqliyyat vasitəsinin sükanı arxasında mobil qurğulardan (Google Glass da bu tip qurğulara aiddir) istifadə qadağandır.

Glass-dan istifadəçinin hansısa fiziki əməklə məşğul olarkən, məşq edərkən və ya tədbirdə çoxlu sayda tamaşaçı əhatəsində olarkən olduqca ehtiyatlı davranmalıdır. Belə hallarda  qurğu sahibinin və ya digər insanın ehtiyatsızlığı nəticəsində eynəklər sına və istifadəçiyə yaxud da ətrafdakılara xəsarət yetirə bilər.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, qurğu su keçirməz olduğuna görə Google Glass-la üzgüçülüklə məşğul olmaq və su altına girmək  də həmçinin olmaz.

Istehlak bazarında Google Glass eynəklərinin satışına 2014-cü ildə başlamaq planlaşdırılır.