Google Photos 100 milyona çatdı

Google şirkətinin cəmi 5 ay əvvəl istifadəyə verdiyi Google Photos xidməti artıq 100 milyon istifadəçiyə çatıb. Həyata keçirdiyi xidmətlər ilə günü-gündən öz istifadəçi kütləsini genişləndirən Google Photos qısa zaman kəsiyində böyük yol qət edib. Qeyd edək ki, Google Photos istifadəçilərinə internetə saysız-hesabsız şəkil yükləmək imkanı yaradır. Google Photos həm Android, həm iOS, həm də vebdə rahatlıqla istifadə oluna bilir.

Google+ fotolarının davamı xüsusiyyəti daşıyan Google Photos, rəsmi olaraq açıqlanan məlumata görə sadəcə 5 ay içərisində aylıq 100 milyon aktiv istifadəçi toplaya bilib. Gündən-günə inkişaf edən xidmətin tezliklə daha çox istifadəçiya çatması artıq təəccüblü qəbul olunmayacaq. Bu uğur münasibətilə Google Photos ailəsi öz saytı vasitəsilə işçilərinin də yer aldığı bir təşəkkür videosu yayımlayıb. Şirkət nümayəndələri əllərindəki 100 milyon yazılmış plakatla istifadəçilərə təşəkkür edir.