Google öz noutbuklarını buraxmağa hazırlaşır

Son şayiələrə görə Nexus brendi altında uğurlu məhsul buraxılışlarından sonra Google özünün yeni Chromebook noutbuklarını təqdim etmək istəyir. Bu məlumat China Times tərəfindən yayılıb.

Məlumata görə Google öz Chromebook-u ilə yanaşı, cihazın təchiz edildiyi Tayvan şirkəti Compalın sensorlu displeylərini də təqdim edəcək.

Təəssüflər olsun ki, yeni Chromebooklar haqqında daha ətraflı məlumat verilmir.  Amma,  əgər ümumi məlumat və sensorlu ekranlar haqqında məlumat öz təsdiqini taparsa, bucür cihazlar Samsung, Asus və Acerin istehsal etdiyi chromebook-lardan daha baha olacağı gözlənilir.