Google nə deməkdir

Heç bilirsinizmi Google nə deməkdir

Hər gün hamımızın ən çox daxil olduğu axtarma motoru olan GOOGLE sözünün mənasının nə olduğu heç sizi maraqlandırdımı? Yəqin ki hamımızın ağlından keçib bu sual, hamı bu sözün ingilis dilində bir məna verdiyi düşünür. Görəsən bu sözün mənası nədir?- deyə düşünənlər üçün Google-un sirrini açıqlayırıq.

Əslində Google sözü ingilis dilində heç bir mənanı ifadə etmir. Sadəcə riyaziyyatda istifadə olunan ən böyük saylardan biri Googol adlanır. 1 googol sayı 10 üstü 100-ə bərabərdir. 1 rəqəminin sonuna 100 ədəd sıfır yazmaqla alınan ədəd googol adlanır.

Googol sayındam ilk dəfə məşhur Amerikan riyaziyyatçısı Edward Kasnerin yaxın qohumu Milton Sirotta istifadə etmişdir. Milton Sirota bu rəqəmdən 1938-ci ildə istifadə etməyə başlamışdır. O zaman Sirotta 9 yaşında bir uşaq idi. Buna inanmayanlar üçün deyək ki, Milton Sirotta 1929-1980-ci illərdə yaşamşdır və məhz 9 yaşında bu rəqəmin nə olduğunu bilirdi.

Və beləliklə Google sözünün mənşəyi bu rəqəmdən qaynaqlanır. Daha doğrusu googol sözünün cilalanmış formasıdır.