Google musiqi servisini nümayiş etdirib

Google internet şirkəti Google Play Music All Access onlayn musiqi servisini nümayiş etdirib. Servis Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinə ödənişli abunə sistemi əsasında milyonlarla mahnını dinləməyə imkan verəcək.

İstifadəçi musiqi redaktorları tərəfindən tərtib olunan mahnılar siyahılarını, ayrı-ayrı albomları dinləyə, özünün seçdiyi musiqiləri tərtib və redaktə edə, eləcə də şəxsi xarakterli tövsiyələr ala bilər.

Servisdən ilk öncə yalnız aylıq abunə haqqının 9,99 dollar təşkil etdiyi ABŞ istifadəçiləri yararlana biləcək. Şirkət servisi tədricən digər ölkələrdə də işə salmağı planlaşdırır.

mənbə : http://www.mincom.gov.az