Google Maps taksi xidməti təklif edəcək

Google Maps tətbiqində, bir çox istifadəçinin gözlədiyi kimi, taksi xidməti təklif olunacaq. Hələ ki, sadəcə ABŞ-da təklif olunacaq bu xidmətlə tətbiqdə taksi sifariş etmək üçün keçid veriləcək.

Hal-hazırda Lyft və Gett taksi xidmətləri ilə razılaşma əldə edən Google, Uber xidmətinə alternativ olaraq bu iki şirkətin xidmətlərini də təklif edə biləcək.