Google Maps internetsiz də işləyir!

Google bu gün Android üçün etdiyi yeniləmə ilə bərabər Google Mapsinternetsiz naviqasiya xüsusiyyətini əlavə edib. Google Maps-də internetsiz naviqasiya xüsusiyyəti olmaması səbəbilə xeyli şikayət alan Google, nəhayət dünən bu əlavəni təqdim edib.

Yaxın günlərdə iOS üçün də təqdim olunması gözlənilən yenilik, istifadəçinin Google Maps-də internet qoşulu olan zaman bir bölgəni seçməsi ilə fəaliyyətə başlayır. Ardınca bölgənin ətrafında yerləşən əraziləri yadda saxlayan proqram fəaliyyətini davam etdirir. Eyni zamanda Google Maps seçdiyiniz bölgədəki yerləri sonrakı 15 gün ərzində də yadda saxlaya bilir.

Google-ın məhsul idarəçisi Amanda Bishop, “Bu yeni xüsusiyyət üzərində 2-3 ildir ki, işləyirdik. Google Maps-in mobil proqramıyla bağlı çoxsaylı şikayətlər almışdıq. Google Maps bu xüsusiyyətlə bir çox problemi həll etmiş olacaq” açıqlamasını verib.