Google retail mağazalar şəbəkəsini açır

Google korporasiyası bu ilin sonuna kimi ABŞ ərazisində zəncirvari mağazalar şəbəkəsini açmağa hazırlaşır. İlk Google Store mağazaları böyük şəhər və şəhər ətraflarında fəaliyyətə başlayacaq. Bu haqqda 9to5google resursu etibarlı mənbələrə dayanaraq xəbər verir.

Google Store retail marketlərin əsas məqsədi yeni Google Nexus, Chrome və sonrakı məhsulları potensial müştərilərə çatdırmaqdır. Google yaxşı başa düşür ki, istifadəçilər məhsulun alışından əvvəl praktik təcrübə istəyirlər. Digər rəqib şirkətlər Apple və Microsoft artıq uzun müddətdir bu təcrübədən istifadə edirlər.

Bugünkü gün üçün Google ABŞ ərazisində Best Buy elektronik mağazalarında yüzlərlə tiraci nöqtələrə (supermarket içərisində hər hansı brend üçün ayrılmış yer) sahibdir. Burada xüsusi öyrədilmiş mütəxəssislər xrombukların və digər cihazların imkanlarını nümayiş etdirir, potensial müştərilərlə söhbətlər edirlər. Yeni pərakəndə satış nöqtələri yalnız konsultasiya deyil, müştərilərə daha geniş xidmətlər göstərəcəklər.