Google-ın “Magenta”sı musiqi bəstələdi

Google virtual zəka sahəsində gördüyü işləri davam etdirir. Google-ın ərsəyə gətirdiyi yeni program “Magenta” 4 nota vasitəsilə 90 saniyəlik piano kompozisiyası bəstələyib.

Google-ın “Magenta” adlandırdığı musiqi alqoritma proqramı bu bəstəylə musiqi dünyasında bir cihaz tərəfindən bəstələnən ilk kompozisiya olub.

Virtual zəka ilə bağlı musiqi sahəsində olan növbəti hədəf isə insan hislərinə təsir edə bilən daha rəngarəng musiqilərin bəstələnməsidir.

İlk bəstə 90 saniyə vaxtı əhatə etsədə, texnologiyanın köməyi ilə bu vaxt gələcək illərdə artırıla biləcək.

Bu da həmin piano kompozisiyası: