Google Glass reklam olunmayacaq

Google ən yeni məhsulu olan Google Glassı reklam etməyəcəyini bildirdi.
Google-un yeni hazırladığı ağıllı cihazlar sırasından olan Google Glassın yaxın günlərdə 8 min insan tərəfindən sınaqdan keçirildiyini bildirmişdik. Artıq bu təcrübə həyata keçirilib və ilk sınaqlardan eynək müştərilə arasında böyük marağa səbəb olub.
Google yeni məhsulu üçün cəsur bir qərar aldı, belə ki, Şirkət eynəklərdə istifadə olunacaq proqramlarda reklamlara yer verməyəcəyini bildirdi. Bu qərarı verməyə səbəb isə Şirkətin məhsulunun reklamının istifadəçi təcrübəsinə təsir etməməyinə əmin olmaqdır.
Google-un verdiyi məlumata əsasən, eynəklər 1500 dollardan satışa çıxarılacaq və satılması üçün raklamdan istifadə olunmayacaq və eynəyin pərakəndə satışının başlanması ilə eynəyin qiymətinin daha aşağı olacağı bildirilir.
GottabeMobile bildirdi ki, Google Glass reklam olunmamaqla yanaşı, həm də lazım olan proqramlar yüklənən zaman əməliyyatlar ödənişsiz həyata keçiriləcək.
5 megapiksel kamera və 720p video çəkmə xüsusiyyətlərinə malik Google Glass gələcəkdə təkmilləşdirilməsi nəzərdə tutulur.
Google texnologiya dünyasında ilk olan eynəklərin istifadəsı mövzusunda son dərəcə həssasdır. Şirkət hazırladığı məhsulun istifadə şərtlərinə uyğun olaraq eynəklərin satılması, kirayə olunması və dəyişdirilməsi üçün icazə alması lazım olduğunu bildirdi. Wiredin verdiyi məlumata əsasən, məhsul alındıqdan sonra nə satıla, nə kirayə oluna, nə də başqasına verilə bilməz. Əgər bu kimi hallara rast gəlinərsə, yəni Google-un rəsmi icazəsi olmadan bunu etsəniz Google cihazın istifadə icazəsini etibarsız hesab edər və sizə məhsulu verdiyiniz şəxsə geri ödəniş etməz və o cümlədən məhsulun zəmanəti etibarsız hesab olunar.