Google eynəyi 8 min insan sınaqdan keçirəcək

Google eynəyi 8 min nəfər təcrübədən keçirəcək

İnternet sahəsinin nəhənglərdən biri olan Google-un İnternet vasitəsilə istifadə olunan eynəyini 8 min insan təcrübədən keçirəcək.

Google eynəyi sınaqdan keçirmək üçün bəxti gətirən insanlarla təcrübəyə tam hazır olduqlarını bildirdi və dünəndən başlayaraq eynəklər təcrübədən keçirilir.

Google Glass

“Google Glass”( Google Eynək) adlı məhsulu təcrübədən keçirəcək şəxslər hər sınaqdan keçirdiyi eynək üçün 1500 dollar ödəyəcək və eynəkləri təslim etmək üçün isə New York, Los Angeles ya da San Franciscoya gedəcəklər.

Google eynək bəzi xüsusiyyətlərinə görə ağıllı telefonlara bənzəyir, lakin o, sensor əvəzinə səsli əmrlərə reaksiya verir. Çərçivələrindən birinə ekran və yaxud kamera yerləşdirdirilən eynəklər vasitəsilə insanlar e-maillərini vaxtlı-vaxtında yoxlaya biləcək, istədikləri vaxt sosial şəbəkələrdən istifadə edə biləcək və ya əllərindən istifadə etmədən istədikləri şəkil və ya videonu çəkə biləcəklər.

Google şirkətində işləyən mühəndislər bildirirlər ki, təcrübə zamanı gözə çarpan çatışmazlıqlar aradan qaldırılacaq və eynəklər bu ilin sonu və ya gələn ilin əvvəlində 700 və 1500 dollar arasında bir məbləğə satışa çıxarılacaq.