Google Earth canlı video təqdim edir

Google Earth canlı video yayımını təqdim edir

Google Earth ilin əvvəlində brauzer dəstəyi, 3D xəritələr və informativ Məlumat Kartlarını (Knowledge Cards) təqdim etmişdi. Hər zaman innovasiya meyli ilə fərqlənən Google indi də Google Earth məhsuluna canlı video yayımı imkanını əlavə edir.

Voyager bölməsində siz artıq canlı video yayımları izləmək imkanına sahib olacaqsınız. İlk nümunə kimi siz Alyaska ştatındakı Katmai Milli Parkındakı ayıların Brooks çayındakı ov əyləncəsi ilə tanış ola bilərsiniz.

Explore.org tərəfindən bir neçə nöqtədə yerləşdirilmiş kameralar sayəsində siz ayıların balıq ovunu canlı izləyə bilərsiniz. Həmin videoları canlı izləmək üçün buradan keçid edə bilərsiniz. Bunun üçün Google Chrome brauzerindən istifadə etməyiniz tələb olunur.