Google-dan daha bir incəlik

Google botanika rəssamı üçün xüsusi doodle hazırladı

Xüsusi günlər üçün doodle hazırlayın paylaşan Google botanika rəssamı Maria Sibylla Merinan 366-cı doğum günü üçün çox gözəl bir doodle hazırladı.

1647-1717-cil illərdə yaşayan Maria Sibylla Merian həm incəsənət, həm də elm sahəsində böyük əhəmiyyət kəsb edən şəxslərdən biri olmuşdur.

Almaniyanın Frankfurt şəhərində dünyaya gələn Maria Sibylla Merian botanika rəssamı kimi tanınır. 1675, 1677 və 1780-ci illərdə bitki oymalarından ibarət 3 kolleksiya təqdim etmişdir. Böcəklərlə etdiyi araşdırmalardan sonra onları özündə saxlamış və hər birinin yumurta, sürfə, pupa və yetişmə dövrlərini, yəni metamarfozlarını göstərən rəsmlər çəkmişdir. Merian 186 böcək növünün həyat dövrünü əhatə etmişdir. Bu tədqiqatlar entomologiya sahəsində elmə çox böyük töhfə vermişdir.

Merianın bitki, qurbağa, ilan, hörümçək və iquana kimi heyvan rəsmləri dünyanın dörd tərəfindən həvəskarlar tərəfindən toplanıb kolleksiya edilir.

Merinanın ölümündən qısa müddət sonra əsərlərini Böyük Pedro Amsterdamda görmüdü və böyük qismi St. Peterburqda akademik kolleksiyalara əlavə olunmuşdur.

Xüsusilə kəpənək rəsmlərini çəkməyi çox sevən Merianın xatirəsini yad etmək üçün Google elə onun öz rəsmlərindən ibarət bir doodle yaratdı və bununla da öz incəliyini bir daha sübut etmiş oldu.