Google-dan 22 Aprel Doodle

Google yenə xüsusi günlərdə olduğu kimi 22 Aprel tarixi üçün də hərəkətli doodle hazırladı. Bəs 22 Aprel Dünya gününün mənası nədir?
22 Aprel Dünya Günü olaraq ilk dəfə San Fransiskoda 1969-cu ildə təşkil olunmuş Belnəlxalq UNESCO Dünya Konfransında John McConnell tərəfindən dünyamızın qarşılaşdığı problemlərə birgə həll yolu tapmaq və onun qorunması məqsədilə dünya xalqlarının diqqətini çəkmək məqsədilə elan olunmuşdur.
22 Aprel Dünya Günü
İlk olaraq, John McConell Dünya Gününün qeyd olunması üçün tarix kimi ekonoks, yəni gecə ilə gündüzün bərabər olduğu vaxtı, 21 Martı təklif etmişdi. Daha sonra isə ətraf mühit problemlərinə böyük bir kompaniya ilə reaksiya verən ilk hərəkət olan Wisconsin Senatoru Gaylord Nelsonun dəstəyi və Denis Hayesin təşkitatı ilə 22 Aprel tarixi 1970-ci ildə ilk dəfə olaraq Dünya Günü olaraq qeyd etməyə başladılar. Bu günü təxminən 20 milyon insan qeyd etmiş, bir çox konfrans təşkil olunmuş və ətraf mühit problemlərinə diqqət ayıraraq ABŞ-ın “Təmiz Hava Qanunu” və “Təmiz Su Qanunları” – nı hazırlamışdı.
Google-un hazırladığı doodle-da Google sözünün oxu google sözünün üzərinə gətirməklə günəş parlayır, çaylardan su axır, balıqlar üzür və güllər açır. Oxun üzərinə basmaqla isə günəş bir tərəfdən digər tərəfə doğru hərəkət edir, bununla da gecə və gündüz, o cümlədən fəsillər bir-birini əvəz edir.