Google-da inqilab

Google “Amazon”-un təqdim etdiyi “eyni gündə təslimat” (same-day delivery) xidmətini hazırlayaraq onlayn alış-veriş nəhənginin Amazon Prime xidmətinə rəqib olmağa hazırlaşdığı bildirilir.

TechCruch internet  saytının verdiyi xəbərə görə, Google-un bu xidmətinin qiyməti 64-69$ dəyərində olacaq.  Bu rəqəm Amazonun qiymətlərindən 10-15$ ucuzdur. Xəbərə görə, Google-un yeni xidmətinin rəhbəri şirkətin elektron ticarət müdiri Tom Fallows olacaq.

Bu xəbər haqqında söz-söhbət bir müddətdir ki davam edir.  Şirkət “Google Wallet” və mağazalardakı məhsulların anbarda olub-olmadığını bildirən bir proqramla hazırda alış-veriş dünyasına addım atmışdır. İnsanların hansısa məhsulu internetdən axtarmaq üçün ilk olaraq müraciət etdiyi Google-un alış-veriş sektoruna girməsi ağıllı bir strategiya hesab edilir.

Google qısa müddət öncə şirkətlərə çatdırılma xidməti verən BufferBox adlı firmanı satın almışdı.