Google Chrome OS’da boşluq tapanlara $3,14 milyon dollar verəcək

Google mütəmadi olaraq şirkətin proqram təminatında zəif nöqtələri tapanlara pul mükafatları təqdim edir. Bu il Pwnium mükafat fondu 3,14 milyon dollar təşkil edir. Müsabiqə mart ayında Vankuver (Kanada) şəhərində keçiriləcək CanSecWest tədbiri çərçivəsində baş tutacaq.

Müsabiqənin iştirakçılarına Chrome OS əməliyyat sistemini hack etmək təklif ediləcək. Chrome OS sisteminin təhlükəsizliyində zəif nöqtələri WiFi qoşulma ilə Samsung 550 Chromebook-dan istifadə edərək tapmaq lazım gələcək. Hər hack’a görə Google 110 000-dən 150 000 dollara qədər ödəniş etməyə hazırdır.

Düşünə bilərsiniz ki, çox şişirdilmiş rəqəm deyil mi? Əslində şirkət indi sistemdə olan səhvlərin aşkarlanmasına görə bu xərclərə qatlanmasa, sonradan yaranacaq problemlərə görə daha çox xərcə düşə bilər. Daxili və xarici resursların bir yerdə istifadəsi ən yaxşı nəticə verir. Belə olduqda həm şirkət udur, həm də istifadəçi.