Google Chrome-dan bir yenilik daha

Google şirkəti Chrome brauzerinin 28-ci stabil versiyasını istifadəyə verib.

Brauzerin əsas yeniliklərindən Bildiriş mərkəzinin olmasıdır,- Lenta yazır.

ICTnews, Chrome-da bildirişləri əvvəllər də qəbul etmək mümkün idi, lakin o zaman bu, yalnız saytlarda baş verirdi, brauzerin son versiyasında isə bildirişləri əlavə və tətbiqlərlə də göndərirlər. Həmçinin bildirişlərin funksionallığı artıb və məzmunlarında mətn, şəkil və siyahılar yer ala bilər, hətta istifadəçiyə hər hansı hərəkəti etməyə təklif edə bilərlər, misal üçün, məktuba cavab ver.

Mərkəzdən daxil olan bildirişlərə brauzer bağlı olduqda belə baxmaq mümkündür.

Bundan əlavə Chrome 28-də yeni iş mühərriki tətbiq edilib, brauzerin əsasını Webkit-i əvəzləyən Blink təşkil edir.