Google Apps daha pulsuz olmayacaq

Dekabrın 7-dən etibarən istifadəçilər üçün ofis paketi olan Google Apps-ın yalnız 50$-dan başlayan ödənişli versiyası aktiv olacaq.

Google Apps paketi özündə bir neçə onlayn tətbiqetmələri cəmləşdirir: Gmail, Google Calendar, Google Talk, Google Docs, Google Sites və s). Əvvəllər tətbiqetmə paketi 50 nəfərdən az işçisi olan şirkətlər üçün pulsuz istifadəyə verilirdi. Paketin içində 7 GB-lıq həcmi olan email, kalendar, onlayn fayllarla işləmə imkanı və 5 GB onlayn disk həcmi verilirdi.

Ödənişli versiyada standart xassələrdən əlavə 25GB-lıq həcm yeri, onlayn veb dəstək verilir. Bu versiyadan istifadə etmək istəyənlər limitsiz sayda işçi üçün hesab aça bilərlər.