GMail-dən Google Drive

Gmail artıq öz yeni məktub göndərmə görüntü pəncərəsinə (new composing window) keçən istifadəçilərini sevindirdi. Artıq göndərdiyiniz əlavələrin (attachment) həcmi normal həcmdən 400 dəfə daha böyük ola bilər. İstifadəyə buraxılan yeni Google Drive xidməti sayəsində istifadəçilər 10GB həcmində faylları asanlıqla email vasitəsiylə paylaşa bilərlər.

Eyni zamanda sistemə inteqrasiya olunmuş “ağıllı köməkçi” (smart assistant) sayəsində siz faylları göndərməmişdən əvvəl göndərdiyiniz qrup şəxslərin faylla bağlı apara biləcəkləri əməliyyatların statusunu tənzimləyə bilərsiniz.