GM Təkmilləşmiş İnteraktiv Pəncərə

General Motors şirkətinin Araşdırma və İnkişaf şöbəsi İsraildə yerləşən Bezalel Academy of Art and Design nəzdindəki FUTURE LAB tələbələrinə maraqlı tapşırıq verib. Tapşırıq avtomobilin arxa oturacaqdakı sərnişinləri üçün (xüsusilə uşaqlar üçün) yol səyahətini daha maraqlı və pəncərə üzərində interaktiv zaman keçirməyi təmin etmək üçün texnologiya icad etməkdən ibarətdir.

The Windows of Opportunity (WOO) Layihəsi insanların avtomobillə səyahət zamanı ətraf aləmdən qopduğunu və çevrədən uzaqlaşdığını sübuta yetirən psixologiya araşdırmasından ilhamlanıb. GM şirkətinin Bezalel tələbələrindən əsas tələbi avtomobili daha interaktiv hala gətirmək, sərnişinləri ətraf aləmlə bir başa ünsiyyətdə saxlamaq, xüsusilə arxa oturacaqdakı sərnişinlərin çevrəni səyahətin bir parçası kimi dəyərləndirməyə sövq etmək olub.

GM Araşdırma və İnkişaf labaratoriyasının rəhbəri Tom Seder deyib ki, “interaktiv displeylər əsasən ön oturacaqdakı sərnişin və sürücü üçün təmin edilirdi. Bu ənənəvi texnologiyadan arxa oturacaqdakı sərnişinlərin də istifadə etmək imkanı olsa pis olmaz deyə düşündük. Bunun sayəsində sərnişinlər daha maraqlı səyahət keçirə, ətraf-mühitlə bir başa ünsiyyət qura biləcəklər.”