GIF Animasiya Necə Hazırlanır?

NOD Magazine növbəti video dərsliyini təqdim edir. Bu video dərslik sayəsində siz asanlıqla GIF animasiya şəkillərin hazırlanmasını öyrənəcəksiniz. Videoda göstərilmiş addımları izləməklə sadəcə dərslikdə göstərilən sadə animasiya deyil, bir sıra kompleks və daha mürəkkəb GIF animasiya şəkilləri hazırlaya biləcəksiniz. Hər hansı çətinlik və ya sual yaranarsa soruşmaqdan çəkinməyin. Komandamız hər zaman suallarınızı cavablandırmağa hazırdır.