Gənclik Mall-da Azərbaycanın yeni elektronika və məişət texnikası hipermarketi: Maxi.az!

Bakıda 15 aprel tarixində açılan Gənclik Mall paytaxt sakinlərinin böyük marağı ilə qarşılandı. Şəhərin ən böyük alış-veriş mərkəzi titulunu 28 Mall-dan təhvil alan Gənclik Mall-a son 1 həftə ərzində çoxsaylı şəhər sakininin axını və sosial şəbəkələrdəki müzakirələr bunun bariz nümunəsdir. Mall-a girişlərdən birinin birbaşa metrodan olması isə buranı fərqli edən məqamlardan biridir.

Gənclik Mall-un elə metro girişindən daxil olduğumuzda ümumi sahəsi 1700 kv.m. olan yeni Maxi.az elektronika və məişət texnikası satışı üzrə yeni hipermarketi görürük. Məişət texnikası və elektronika olmaqla iki hissəyə ayrılan hipermarket 28 Mall-dakı Music Gallery məişət texnikası və elektronika marketinə ciddi rəqib olacağı dəqiqdir.

maxi 2

Geniş məhsul çeşidi ilə Maxi.az Mall müştərilərinin dərhal diqqətini çəkməyi bacarır. Açılış səbəbilə hipermarket bir çox kampaniya və endirimlər edir. Mall ziyarətçilər isə daha elektronika bölməsindəki telefon modellərinə nəzər salırlar.

Bu baxımdan Samsung smartfonları, daha dəqiq desək şirkətin fevralda təqdim etdiyi öncül smartfonlarından biri olan S7 Edge-ə müştərilərin marağı çox böyük idi. Galaxy S7 Edge-in qiymətinin 1399 AZN olduğunu da qeyd edək.

Maraq üçün əlavə edək ki, Apple-ın yeni modeli iPhone SE-ni isə 890 AZN-ə satın almaq olar.

13091724_1108753069146950_1337301525_o

maxi 3

maxi 5

Maxi.az hipermarketində dünyanın qabaqcıl brendləri olan Samsung, Gigaset, Jabra, Lenovo, Delonghi, Kenwood, Braun, Prestigion və digər markaların məhsullarına rast gəlmək olar.

Oyun həvəskarlarının diqqətini cəlb edən hissə isə Game Zone-dur. Burada bir çox oyun konsolloruna və yeni oyunlara rast gəlmək olar.

maxi 6

maxi 7

Təbii ki, hipermarketdə dünyanın ən qabaqcıl texnologiya şirkətlərindən olan Apple-ında məhsullarının satıldığı Apple Zone yaradılıb.

13078342_1108752782480312_1371804147_o

Maxi.az-da bir çox hoverboar növlərinə də rast gəlmək mümkündür.

maxi 7

Sonda seçdiyiniz məhsulları verişi yerindəcə uyğun şərtlərlə kreditlə əldə etmək üçün, Maxi.az hipermarketində “Kapital Bank”ın filialı fəaliyyət göstərdiyini də qeyd edək. Eyni zamanda, Maxi.az saytından məhsulların qiymətini öyrənə və online sifariş verə bilərsiniz.

NOD Magazine olaraq paytaxtımızın yeni elektronika hipermarketi haqda qısa reportaj hazırlamağı özümüzə borc bildik. Ziyarət edib-etməmək sizə qalıb.

NOD Magazine

13063978_1108752929146964_1668858579_o

13063898_1108752999146957_1847467361_o

13078057_1108753059146951_1870427636_o

13078224_1108752939146963_1571291335_o

13054549_1108752919146965_20997705_o

13073129_1108752732480317_1691585359_o

13091584_1108752682480322_2138376572_o

13054549_1108752919146965_20997705_o

12991866_1108752689146988_1608962210_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *