Galaxy S IV yeni konsept

Samsung Galaxy S IV  smartfonunun yeni konseptini təqdim etmək üçün zaman yetişdi. Təqdim edəcəyimiz xüsusiyyətlərin həqiqi Galaxy S IV-də olacağına ümid edirik. Son məlumatlara görə smartfon bu ilin mart ayında təqdim edilməlidir.

Müəllifin konseptinə görə cihaz gözəl metalik korpusa, 5 düymlu Full HD Super AMOLED+ Gorilla Glass 3 örtüklü ekrana sahib olacaq və 2,0 GHrz tezlikdə işləyən, Mali-T658 qrafil çipli, dördnüvəli A15 Exynos 5450 prosessoru ilə çalışacaq. Konseptdə əlavə olaraq 2Gb operativ yaddaş, 16-64 Gb əlavə yaddaş, 13 Mpix və 2Mpix kameralar, microSD kart yuvası, çoxfunksiyalı fizki klaviş, 4G LTE və Bluetooth 5.0 dəstəyi və həmçinin 3100 mAh həcmli batareyanın olacağı nəzərdə tutulur.

İdeyanı ön stereo dinamiklər və TouchWiz interfeysli Android 4.2 Jelly Bean əməliyyat sistemi tamamlayır.

Bucür konsept sizcə necədir?