Galaxy S4-ün Maliyyə Dəyəri

Tədqiqatlara görə, Galaxy S4-ün maliyyə dəyəri ortaya çıxdı.

Amerika və bəzi ölkələrdə, eləcə də bizim ölkəmizdə artıq satışda olan Galaxy S4, 13 mgb ana kamera, 4.99 düym Full HD ekran, 2 GB RAM və PowerVR SGX 544-MP3 qrafik prosessoruna sahibdir. IHP firması Samsung Galaxy S4-ün  bütün təchizatlarını və istehsal xərclərini toplayıb məhsulun maliyyə dəyərini hesabladılar. Samsung Galaxy S4-ün dəyəri nə qədərdir?

IHS firmasının tətqiqatlarına görə, Snapdargn 600-lük 32 GB GALAXY S4-ün maliyyə dəyəri 237 dollar olaraq açıqlandı. Ölkəmizdə məhsulun Exynos 5 Octa prosessorlu versiyasının dəyəri isə 245 dollardır.

Bizim ölkəmizdə məhsulun 16 GB-lik modelinin qiyməti 699 AZN-dır. Bu qiymətin maliyyə dəyərindən çox yüksək olmasını söyləmək mümkündür. Lakin təchizat xərcləri, IHS-in tətqiqatlarının göz qabağında olmayan detalları da nəzərə alınır.

Başqa ağıllı telefonlarda vəziyyət necədir?

IHS-in daha əvvəl etdiyi araşdırmalarına istinadən bir neçə məlumat paylaşırıq. HTC ONE və Sony Xperia Z kimi digər Android admiral gəmisi modellərinin maliyyə dəyəri aşkar edilməsə də, iPhone 5 və Lumia 900-ün maliyyə dəyəri göstərilmişdir. IHS-ə görə, 16 GB iPhone 5-in maliyyə dəyəri 205 dollar, Lumia 900-ün maliyyə dəyəri 209 dollardır.