Samsung Galaxy S IV sınaqdan keçib

Nəhayət ki, Samsung Galaxy S IV smartfonu GLBenchmark-da görsənib. Bu məlumatların 100 faiz doğru olduğunu düşünməyin, amma onu inkar da etmək olmaz.

Qeyd edək ki, Samsung SHV-E300S cihazı Galaxy S IV-ün cənubi koreya üçün olan modifikasiyasıdır və  bir kristallı Qualcomm MSM8960 platforması bazasında yığılıb.

GLBenchmark məlumatına görə Galaxy S IV-ün cənubi koreya modeli Egypt HD C24Z16 (Offscreen, 1080p) sınaqlarından 4672 xal (41,3 kadr/s), Egypt HD C24Z16 (Onscreen, 1080p) sınaqlarından isə 4450 xal (39,4 kadr/s) yığıb. Nəticələr kifayət qədər ürəkaçandı və hətta Galaxy S IV-ün beynəlxalq versiyasının daha güclü olacağı gözlənilir.

Test zamanı Galaxy S IV-ü Nexus 4 ilə müqayisə edirdilər. Nexus 4 Egypt HD C24Z16 (Offscreen, 1080p) və Egypt HD C24Z16 (Onscreen, 1080p) testlərindən müvafiq olaraq 3803 xal (33,7 kadr/s) və 4977 xal (44,0 kadr/s) yığıb.