Galaxy S4′ə layiqli rəqib gələcək – LG Optimus G2

Haqqında son zamanlar çox xəbər yayılan Galaxy S4 möhtəşəm bir smartfon olaraq gözlənilir. Lakin, son xəbərə görə LG-nin üzərində çalışdığı iddia edilən LG Optimus G2, Galaxy S4-ə layiqli rəqib olacaq. LG-nin Snapdragon S4 APQ8064 prosessora sahib ən güclü ağıllı telefon şüarıyla bazara çıxardığı 4 nüvəli ağıllı telefonu Optimus G modelindən sonra, davam olaraq növbəti modeli üçün yeni söz-söhbətlər yayılmağa başlayıb. İnternetdə yayılan xəbərlərə görə 5 düymlük ekranda Full HD həllolma əmsalı və 2GHz saat sürətində Snapdragon S4 Prime prosessor kimi iddiaların olduğu qeyd edilir. Ən son  məlumatlara görə, LG-nin yeni lider modeli olacaq smartfon üçün 5.5 düymlük bir ekran ölçüsü hazırladığı təxmin edilir. Onsuz da LG firmasının Full HD imkana malik 5 düymlük panellər hazırladığı məlumdur. Cənubi Koreyalı bir qəzet LG-nin rəqabəti bir az daha yüksəltdiyini qeyd edir və LG-nin son qərarı Samsung-un Galaxy S4 ağıllı telefonunu gördükdən sonra verəcəyini vurğulayır. Samsung-un 2013-cü ilin lideri olacaq cihazı Galaxy S4 modelində  4.99 düymlük Full HD bir ekran istifadə ediləcəyi qeyd edilir. Görünür ki, LG Samsung-dan bir addım önə keçərək yeni qurğusunun ölçüsünü 5.5 düym olaraq nizamlayacaq. İyun ayından əvvəl çıxarılması planlaşdırılan LG Optimus G2 modelinin Galaxy S4  modeli ilə də böyük bir rəqabətə girəcəyi düşünülür.