Galaxy S III və Note II modellərinə Android 4.2.2 yox Android 4.3 gələcək?!

Samsung Galaxy S4 modelinin Android 4.2.2 Jelly Bean versiyası ilə təqdim edildikdən sonra, digər flaqman -Galaxy S III və Galaxy Note II modellərinə, yaxın zamanlarda gəlməli idi. Amma, gözləntilərin əksi olaraq, yenilənmə, hələ də gəlməyib. Yeni yayılan məlumata görə isə, bu modellərə Android 4.2.2 gəlməyəcək.

Səbəb olaraq, bildirilir ki, Samsung, hal-hazırda Android 4.3 üzərində işləyir. Ən əsas məqam da ondan ibarətdir ki, Samsung şirkəti, Galaxy S III və Galaxy Note II modellərinə, birdəfəlik Android 4.3 versiyasını yayımlaya bilər.

 

Mənbə:android-az.com