Samsung Galaxy S IV smartfonları S Pen dəstəyi alacaq

Samsung Galaxy S IV, Galaxy xəttində S Pen rəqəmsəl qələm və uyğun funksionallıq dəstəyi alan ilk smartfon ola bilər. Samsung şirkəti Note fableti və Galaxy S smartfonunu bir cihazda birləşdirmək istəyir. Bunu Samsung’un rəsmilərinə dayanaraq Cənubi Koreya mənbələri xəbər verir.

Bununla yanaşı koreya mənbələri Samsung Galaxy S IV cihazının aprel ayında çıxışın təsdiqləyiblər.

Yayılan məlumata görə cihaz 1080p genişlikli AMOLED ekranla, Jelly Bean əməliyyat sistemi və 4 nüvəli Exynos 5440 çipi ilə təchiz ediləcək. İstisna edilmir ki, o sadə əməliyyatlar üçün A7, daha çətin və ağır əməliyyatlar üçün isə A17 prosessorunu istifadə edən ARM big.LITTLE arxitekturasını sahib olacaq.

Şayələrə görə Galaxy S IV 13-meqapikselli avtofokuslu kameraya və bir qədər qalın korpusa (9,2 mm) sahib olacaq. Bu onu daha da Galaxy Note cihazına yaxınlaşdırır.