Galaxy Note 7 – Samsung’un yeni stiluslu cihazı

İnternetdə stiluslu növbəti yeni bir cihaz haqqında məlumatlar yayılıb. GT-N5100 indeksli cihaz məşhur bençmarkinq resursu olan GLBenchmark’da diqqətləri cəlb edib.

GT-N5100

Hələlik o məlumdur ki, yeni planşet 7 ya da 7,7-düymlu 1280 x 800 piksel genişliyli ekrana, 1,6Ghz tezlikli dörd nüvəli Exynos 4412 prosessoruna və Mali-400 MP qrafikasına(Samsung Galaxy Note II-dəki kimi) sahib olacaq.

Note xəttinin yeni təmsilçisi Android 4.1 Jelly Bean sistemi ilə çalışır. Cihazın sonradan Android 4.2 versiyasına yenilənmə imkanı olacaq. İki cür planşet təqdim ediləcək – 3G/Wi-Fi və sadəcə Wi-Fi versiyalı.

Cihaz haqqında digər məlumatlar hal hazırda açıqlanmır. Böyük ehtimal Samsung rəsmi olaraq Galaxy Note 7 cihazını yanvar ayında CES 2013 ya da fevralda olacaq MWC 2013 sərgiləri çərçivəsində təqdim edəcək.