Galaxy Ace 3 gəlir

Samsung-un məşhur Ace buraxılışının yeni növlərindən biri olan Ace 3-ün yaxınlarda satışa təqdim olunması gözlənilir.

Samsung-un iki uğurlu, Galaxy Ace 2 və Galaxy Ace –Plus telefonlarından sonra istifadəçilər arasında sevilən Ace nəslinin yeni bir növü olan Galaxy Ace 3 adlı telefonlarını yaxın günlərdə bazara təqdim olunması nəzərdə tutulur. Mötəbər mənbələrin məlumatına görə may ayında satışda olmağı gözlənilən telefonların orta qiyməti təqribən 385 ABŞ dolları olacaqdır. 4 düym ekran, 5 MP kamera və 4 GB daxili yaddaşa malik bu cihazda əlavə olaraq 4.0 Bluetooth xüsusiyyəti var.

Əməliyyat sistemi haqqında dəqiq məlumata malik olmasaq sa, 1.2 GHZ dual-core prosessoru olan telefon ən az 720p ekrana sahib olmağı gözlənilir. Samsung cihazın GT-S7272 adlı və qoşa Sim nömrədən istifadə olunma texnologiyası ilə hazırlandığını bildirir. Çox güman ki, tək Sim nömrəli növlərdə də bu texnologiya tətbiq olunacaqdır.

Ace 3-ün rəng seçimi çoxdur

Ace 3-ün başqa bir fərqliliyi ondan ibarətdir ki, bu telefonlar qara, mavi, ağ və şərab qırmızısı rənglərində təqdim olunacaq.

Ace seriyası istehlakçı bazarında çox məşhur bir markadır və Ace 3 də bu ənənəni davam etdirmək üçün çox güman ki, Android 4.1 Jelly Bean prosessoruna malik olacaqdır. Samsung “Galaxy S4” və “Galaxy Ace 3” “Galaxy S4 Mini”-nin gəlişi ilə növbəti həftələrdə satış mağazalarında böyük marağa səbəb olacağı gözlənilir.