Fujitsudan kagızı “touchscreen”ə çevirmə texnologiyası

Fujitsunun üzərində çalışdığı texnologiya ilə real dünyaya toxunaraq onu toxunmalı ekrana çevirmək mümkündür.

Fujitsuda Media Service System Labda tətqiqatçı olan Taichi Murase-nin bildirdiyinə görə, bu sistem hər hansı bir xüsusi proqram təminatından istifadə etmir, sadəcə adi webcam kimi bir cihazdan və kommersial proyektordan ibarətdir.

Barmaq hərəkətləri ilə siz şəkilləri, yaxud mətnləri kopyalaya, onları yaddaşda saxlaya bilərsiniz.

Texnologiya sadəcə düz səthdə deyil, həm də nahamar səthlərdə işlədiyindən, hər hansı bir kitabdan asanlıqla məlumat götürə bilərsiniz.

Texnologiya hələ ki, təqdimat səviyyəsindədir, lakin Fujitsu tətqiqatçıları 2014-cü ilə kimi bu sistemin kommersial versiyasını təkmilləşdirmək niyyətindədirlər.