Fransadan Google-a rekord məbləğdə vergi istəyi!

Google dünyanın bir çox inkişaf etmiş ölkələrində reklam və bu kimi yollarla yüksək məbləğdə gəlirlər əldə edir. Ancaq bunun əvəzində Google-ın həmin ölkələrə vergi ödəməkdən boyun qaçırması bir sıra xoşagəlməz problemlərə yol açır.

Bu günlərdə Fransa Maliyyə Nazirliyi də Google-dan yüklü miqdarda vergi tələb edib. Belə ki, nazirlik gecikmiş borclar və cəzalar ilə birlikdə Google-dan 1,6 milyard avro tələb edib.

Eyni zamanda, Fransanın Maliyyə naziri Michel Sapin borcların həddən artıq çox olduğunu və Google ilə heç bir uzlaşmaya getməyəcəklərini bəyan edib.