Foursquare Nədir?

Foursquare [ˈfɔːskweə(r)] olduğunuz mövqeyi  bildirən və sosial şəbəkələr ilə işləyən bir tətbiqetmədir. Əlavə olaraq Foursquare fərqli şəhərləri kəşf etməyi vəd edən, qlobal mövqelənmə sistemini (GPS) istifadə edən, dostlarınız ilə əlaqə qurmanızı təmin edən bir oyun olaraq da tanına bilər.

2008-ci ildə qurulan Foursquare 10 milyondan çox istifadəçisi olan və ötən aylarda 1 milyard “check-in”ə çatan böyük bir sosial şəbəkədir. İstifadəçilər mobil sayt vasitəsilə, qısa mesajla və ya mobil telefonlarında qurduqları Foursquare vasitəsilə olduqları məkanları işarə edə bilirlər.

Etdiyiniz check-inlərlə Badge adı verilən bir növ nişan (medal) əldə edirsiniz. Yeni sistemdə  nə qədər çox check-in edərsəniz bir o qədər də çox nişan qazanmış olarsınız. Level sistemi ilə həyata keçirilən bu tətbiqetmə  istifadəçilərini fərqli məkanlarda check-in etməyə təşviq edir.

Foursquare ilə  “Yer əlavə etmə” tətbiqetməsini  bu şəbəkədə qeydiyyatda olan bütün istifadəçilər istifadə edə bilər. Search bölməsindən əlavə etmək istədiyiniz yerin əlavə olunub olunmamasını yoxlayıb həmin an yerinizi bildirə bilərsiniz. Məkan əlavə etmə sistemini “Add Venue”  səhifəsindən edə bilərsiniz.

FOURSQUARE NECƏ İSTİFADƏ EDİLİR?

GPS-i  dəstəkləyən bütün mobil cihazlar üçün Foursquare tətbiqetməsi mövcuddur. Bunun üçün foursquare.com saytına daxil olaraq telefonunuzun markasını və modelini seçirsiniz. Daha sonra sistem sizin telefon nömrənizi və e-mail adresinizi tələb edəcək. Bu məlumatları daxil etdikdən sonra qarşınıza çıxan ekranda “Tətbiqetməni telefonuma göndər”  hissəsini işarə edərək  tətbiqetməni telefonunuza yükləmiş olursunuz. Tətbiqetmənin əsas üstünlüyü ətrafınızda olan bütün məkanları görə bilməyinizdir. Məkanları görə bilmək üçün etməli olduğunuz tək şey internetə qoşulmuş cihazınız vasitəsilə ekranın alt hissəsində yerləşən PLACES  düyməsini sıxmaqdır. Bu qədər sadə.

DOSTLAR ƏLAVƏ ETMƏK

İndi isə Foursquare-də dost necə əlavə etmək olar ona baxaq. Tətbiqetmədə dost əlavə etmək üçün solda-alt hissədə yerləşən dost hissəsinə basmaq kifayətdir. Buradan Facebook, Twitter, Hotmail və s. bu kimi platformalardakı dostlarınızı asanlıqla əlavə edə bilərsiniz. Foursquare-in başqa bir üstünlüyü isə bu tətbiqetmədən istifadə edən bütün dostlarınızı avtomatik olaraq görə bilməyinizdir.