Fotoaparatınız üçün pult

Samsung, tablet ve ağıllı telefonunuzu, fotoaparatınız üçün pulta çevirir.

Samsung Electronic’s-in Wi-Fi bağlantısının dəstəyi ilə təqdim olunan smart fotoaparatları, mobil telefonunuz və yaxud da tabletiniz ilə uzaqdan idarə olunaraq şəkil çəkmənizə şərait yaradır.

Dostlarınızı, bəyəndiyiniz obyektləri yaxud da gözəl bir mənzərəni çəkmək asan olsa da, özünüzün şəklinizi, yaxın dostunuzla ikilikdə və yaxud da özünüzün də daxil olduğunuz böyük bir ailə ya da dostlarınızla birlikdə şəklini çəkmək istədikdə isə bu, biraz  problem yarada bilər. Adi bir fotoaparatda zamanlama nizamlayıcısı və ya geriyə sayma ilə etməli olsanız  qaçaraq öz yerinizi alıb çəkdirə bilərsiniz, lakin Wi-Fi bağlantısı olan Samsung MV900F-iniz varsa, bunu çox asanlıqla edə bilərsiniz.

Samsung-un Wi-Fi bağlantısına malik MV900F ağıllı fotoaparatı, Samsung ağıllı telefon və tabletlerinə yüklənə bilən “Samsung Remote Viewfinder” (Samsung Uzaqdan Görüntünü Tapma) proqramı vasitəsilə uzaqdan idarə oluna bilər. Bununla hamının daxil olduğu bir qrup şəklini və yaxud elə özünüzün şəklinizi ağıllı telefonunuz və yaxud tabletinizi uzaqdan idarə etməklə çəkə bilərsiniz.

Bundan başqa, Samsung MV900F-in digər bir fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, Samsungun innovativ 180 dərəcə dönmə qabiliyyətinə malik ekrana sahibdir. Bunun sayəsində hər tərəfdən çəkilə bilinən kreativ avto-portretlər çəkməyi və çəkilən kadrları həmin anda paylaşmağı mümkün edir.

Buna əlavə olaraq, istədiyiniz şəkil və videoları Wi-Fi vasitəsilə eyni zamanda Facebook, Youtube ve yaxud Picassa kimi sosial media hesablarınızda öz dostlarınızla paylaşa bilərsiniz. Samsung ağıllı telefon və ya tabletinizə yüklədiyiniz “Samsung Mobile Link” (Samsung Mobil Əlaqə) tətbiqetməsi vasitəsilə çəkdiyiniz şəkilləri ağıllı telefon yaxud tabletinizə kabelsiz ötürə bilərsiniz. Bu xüsusiyyətin üstünlüyü ondan ibarətdir ki, fotoaparatınızın yaddaşı dolduğu zaman 1000-ə qədər şəkil və ya videonu bir dəfəyə  ötürərək yaddaşı boşaltmaq mümkündür.