360-dərəcə görüntülü FlyVIZ dəbilqəsi

FlyVIZ sizi güclü etməyəcək, güllə kimi sürətli də olmayacaqsınız, vaqonu da yerindən tərpədə bilməyəcəksiniz, amma onun köməyi ilə bütün ətrafdakıları görmək mümkün olacaq. Bu nə deməkdir? Misal üçün, arxadan gələn topu görüb ondan yayına biləcəksiniz.

FlyVIZ Sony Personal 3D Viewer cihazının modifikasiya olunmuş versiyasıdır və dəbilqəni geyinən insana ətrafı görmə imkanı verir. Proqram təminatı 360 dərəcəli şəkili yenidən insanın görmə qabiliyyətinə uyğun olaraq formalaşdırır, təhrifləri, sıxılmaları tənzimləyir. 5 dəqiqə sonra artıq insan cihaza uyğunlaşır və normal hərəkət edir (minimum yılıxmır).

Amma əsas məsələ bunun hansı sahədə tətbiq olunacağıdır?!