Firefox OS smartfon bazarına girir

Mozilla şirkəti rəsmi olaraq ZTE və Alcatel istehsalı olan iki Firefox smartfonlarını təqdim edib. Cihazlar ilkin olaraq inkişaf edən bazarlar üçün nəzərdə tutulub.

ZTE Open (yuxarıdakı şəkildə) 3,5-düymlu HVGA ekrana, HSDPA qoşulma, Wi-Fi 802.11 a/b/g/n, GPS, 3,2 Mpix arxa kameraya, 1Ghrz tezlikli bir nüvəli Qualcomm prosessora, 256 Mb operativ yaddaşa, 512 Mb daimi yaddaşa və MicroSD yuvasına sahibdir

Alcatel OneTouch Fire smartfonu ZTE Open telfonundan yalnız dizaynına görə dəyişir. Göstəriciləri eynidir. Firefox OS əməliyyat sistemində olan ilk smartfonları ilk alacaq ölkələr Braziliya, Kolumbiya, Meksika, Venesuela, İspaniya, Polşa, Macarıstan, Serbiya və Çernoqoriya olacaq.

Təəssüflər olsun, yeni cihazların qiymətləri açıqlanmayıb. Növbəti Firefox-telefonlarını LG və Huawei şirkətlərinin buraxacağı gözlənilir.
Alcatel-OneTouch-Fire