Firefox OS iyunda təqdim olunacaq

2012-ci ilin payızından bəri xəbərləri çıxan Firefox OS-un iyunda təqdim olunacağı dəqiqləşib.

Firefox Os Mobil texnologiya dünyasında böyük uğur əldə edəcəyinə inanır.

Internet  brauzeri olaraq məşhurlaşan kompüterlərin proqram siyahısından ayrılmayan Firefox haqqnda Mozillanın CEO-su Gray Kovavksın verdiyi açıqlamaya görə ilkin mərhələdə sadəcə 9 marka ilə razılıq əldə olunacaq.

Özünü təkmilləşdirmək istəyən və hələ ki, sınaq mərhələsində olan yen markalarla əmədaşlıq etmək istəyən Firefox bu çalışmalar müddətində hər iki firmanın da xətalarının ola biləcəyini istisna etmir. Macarıstan, Meksika, Polşa, Serbiya, İspaniya və Venesuelada satışa çıxarılacaq  Firefox mobil istifadə sisteminin növbəti mərhələsində isə bu sayı 20-ə çatdıracaq.

Yeni mobil sistem ilk olaraq Sony, LG və Huawei kimi markalarla əməkdaşlıq edəcək.