Fillərin sayı 30% azalıb

Ötən günlərdə yayımlanan hesabata əsasən 2007 – 2014 illəri arasında Afrika fillərinin sayı 30% azalıb. Məlumata əsasən bu 7 il ərzində fillərin sayının bu qədər çox azalmasının əsas səbəbi ovçuluqdur. Qanunsuz fil ovçularının qarşısını almaq üçün bir sıra sosial və hüquqi tədbirlər görülməsinə baxmayaraq nəticə hələ də ürək ağrıdıcıdır.

2014-cü ildə bir qrup araşdırmaçı alim təxminən 290.000 mil səyahət edərək filləri saymağa çalışmışdır. Sayım əsasında təxminən 352.000 ədəd savanna fili qeydə alınmışdır. Bu fillərin yarısından çoxu Zimbabve və Botsvana ərazisində yaşayır. Alimlər öz araşdırmalarında fillərin ölümdən yaxa qurtarmaq üçün bir sıra çətinliklərə adaptasiya etməyə çalışdığını və dünyanın ən məşhuru “yırtıcısı” olan insanlardan qorunmağa səy göstərdiyini qeyd etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *