Fil Şiller: ucuz iPhone smartfonlarına Apple gələcəyində yer yoxdur

Apple şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şiller Shanghai Evening News qəzetinə veridiyi müsahibəsində şirkətin ucuz iPhone buraxmaq haqqında şayələrinə aydınlıq gətirib. Rəhbər işçi aydın bir şəkildə bildirib ki, Apple heç vaxt belə bir addım atmaz.

“Apple öz məhsullarında ancaq ən yaxşı texnologiyalardan istifadə edir. Bu bazara yaxşı məhsul buraxmağa imkan verir. Əvvəllər  Çində sadə mobil telefonlara tələbat çox idi, indi isə baha olmayan smartfonlara ehtiyac çoxdu. Amma bu o demək deyil ki, Apple şirkətinin gələcəyi ucuz smartfonlarla bağlı olacaq. Biz smartfon bazarının 20 faizini özümüzdə saxlamaqla, gəlirin 75 faizinə sahib oluruq.”

Şillerin bu bəyanatı Bloomberg və Wall Street Journal’da yayılan şayələrə tam əks bir xəbər oldu.

Bütün bu şayələrin həqiqət olub olmamasını bilmək üçün bizdən sadəcə olaraq gözləmək qalır.