Fayl transferləri üçün yeni iOS tətbiqi

Fayl transferləri üçün çoxlu sayda iOS proqramları olsa da, ProxToMe istifadə rahatlığına, praktikliyinə və interfeysinə görə ən ağıllı proqram sayıla bilər. ProxToMe optimal şərtlər altında fayl köçürmələri etmək üçün mobil data ile Bluetooth funksionallığını birləşdirən yeni bir iOS proqramıdır. Bir iPhone-dan digərinə məlumat göndərməkdə çoxlu həll yolları olmadığı üçün ProxToMe digər tətbiqetmələrlə müqayisədə cüzi konsept dəyişiklikləri etməklə bütün proseduru effektiv edir.

ProxToMe proqramını yükləməklə siz yalnız kontaktınızda olan şəxslərə deyil , istənilən birinə fayları göndərə və  qəbul edə bilərsiniz.

Siz insanları Bluetooth vasitəsilə faylları göndərmək üçün tapa bilərsiniz. Bundan başqa, siz fayl göndərmək istəyən şəxsin Facebook profilini görə bilərsiniz. Fayl transferi hər iki tərəfin təsdiqindən sonra başlayır. Təəssüf ki, köçürmə Bluetooth vasitəsilə deyil, İnternet vasitəsi ilə həyata keçirilir.

Əgər sizdə Dropbox hesabı varsa, fayllar avtomatik olaraq, ProxToMe adlı qovluq  kimi DropBox serverlərinə köçürüləcək. Bu halda heç bir məhdudlaşma olmur. ProxToMe yeni bir proqramdır və siz bunu Apple App Store-dan yükləyə bilərsiniz.  Proqram yeni olduğu üçün onun uğurlu olub-olmayacağını demək hələ ki tezdir. İstifadə edirsinizsə və ya edəcəksinizsə fikirlərinizi bizimlə bölüşməyi unutmayın.