Facebookdan çoxdan gözlənilən yenilik

Zukerberqin sosial şəbəkəsi tətbiqetmələrin avtorizasiyasında dəyişikliklər edib. İstifadəçi tətbiqetməyə öz profilinə girişi təmin edəcək, ancaq onun divarında statuslar nəşr etməyi qadağan edə biləcək. Bu yeniliyin məğzi nədədir? Artıq istifadəçi Facebook hesabı ilə hər hansı sayta və ya tətbiqetməyə giriş edəndə  ilk öncə öz hesab məlumatlarına girişə icazə üçün işarə qoyacaq, daha sonra isə ayrıca olaraq bu resursların onun xəbər lentində status yerləşdirmək icazəsi üçün seçim edəcək. Əvvəl hər ikisi bir yerdə idi. Artıq ikinci məsələ istifadəçinin seçiminə bağlıdır.

Digər sözlərlə, istifadəçi tətbiqetmədə öz profilini istədiyi kimi istifadə edəcək və eyni zamanda tətbiqetmə tərəfindən ola biləcək hər hansı bir aktivliyə qadağa qoya biləcək. Aydındır ki, bu yenilik istifadəçilər üçün nəhayət ki, spamlardan qurtulmaq üçün çoxdan gözlənilən həll yoludur. Əvvəllər autentifikasiya bir addıma baş verirdi. Və nəticədə istifadəçilər gözləmədikləri anda öz xəbər lentlərində nə vaxtsa hansısa tətbiqetmədə etdikləri aktivliyin izlərin görürdülər. Belə hallardan sonra təbii ki, tətbiqetmələr çox vaxt silinirdi.

 

read write final

 

İndi artıq belə hallar olmayacaq, ancaq bu yenilik tətbiqetmələrin yayılmasına mənfi təsir göstərəcək. Bu yenilik yalnız sosial hesablarını müxtəlif sayt və tətbiqetmələrdə qeydiyyat üçün istifadə edən istifadəçilərə aiddir. Bütün dəyişiklikləri Facebook özü edəcək, kodlarda heç bir dəyişiklik etməyə ehtiyac yoxdur.