Facebookda sizi dost siyahısından kimlər çıxarıb?

1 milyarddan çox üzvüylə nəhəng bir portal olan Facebookda istifadəçilərin ən maraqlandığı suallardan biri cavabını tapır. Yeni yaradılan “Unfriend Finder” tətbiqi  sayəsində an və an hesabınızı təqib edə biləcək və sizi kimin dost siyahısından çıxardığını dərhal öyrənə biləcəksiniz.

Chrome brauzerinizə yüklədiyiniz “Unfriend Finder” ilə sizi Facebookundan silən dostlarınızı an və an görə bilərsiniz . Ancaq, “Unfriend Finder” tətbiqi  bununla da məhdudlaşmır. Yoldaşlarınızın profil hesablarını bağladığı hallarda da bundan xəbərdar olursunuz. Proqramı Google Chrome-dan yükləyə bilərsiniz. Chrome-a ​​tətbiqi yüklədikdən sonra Facebook səhifəsini açdığınızda nəticəni görə biləcəksiniz.