Facebookda Ödənişli Statuslar

Facebook hər zaman pulsuz olacağını dəfələrlə elan edib. Bu hal Facebook statusunuzun daha çox insan tərəfindən görülməyini istəyirsinizsə dəyişə bilər. Belə ki, Facebook şirkətinin ən son verdiyi xəbərə görə istifadəçilər artıq öz statuslarını müəyyən bir məbləğ qarşılığında “reklam” edə biləcəklər. Bu “reklam” sayəsində qeyd etdiyiniz status dostlarınızın “timeline” səhifəsində ən yuxarıda olacaq və daha çox insan tərəfindən görüləcək.

Amerikada istifadə verilən bu xidməti bir müddətdir Yeni Zelandiyada test edən Facebook şirkəti bu xidmətin yaxın zamanda 20-yə yaxın ölkədə istifadəyə veriləcəyini bildirib.

Facebook proqramçılarından Abhishek Doshi deyir: “bəzən elə xoş xəbər olur ki, onu bir çox dostunuz görə bilmir. Çünki gün ərzində yüzlərlə insan status yeniləyir. Maraqlı xəbərləri, həyatınızdakı yenilikləri dostlarınızla daha effektiv bölüşmək üçün bu xidmət çox faydalıdır”.

Qiymət barəsində dəqiq məlumat verilməsə də, qiymətin müəyyən göstəricilərə görə dəyişə biləcəyi təxmin olunur. Müvəqqəti olaraq Amerikada bu xidmətdən istifadə edənlər hər status üçün 7 ABŞ dolları dəyərində ödəniş etməli olacaqlar.