Facebookda ən çox oynanılan 10 oyun

Facebookda ən çox oynanılan 10 oyun

Məşhur sosial şəbəkələrdən biri olan Facebookun oyunları saytın özü qədər məşhurdur.

Hər ay dünyada təxminən 250 milyon istifadəçinin oynadığı Facebook oyunları ölkəmizdə də çox istifadə olunur. Facebookun statistik məlumatlarını özündə əks etdirən Metricsmonk-un verdiyi məlumata əsasən, Facebookda istifadəçilərin ən çox oynadığı oyunların siyahısı tərtib olunmuşdur. Bunlar aşağıdakılardır:

İlk sırada “Candy and Crush Saga” oyunudur. Sonrakı sıralarda xüsusilə kişilərin sevdiyi “Okey”, “Bubble Witch Saga”, “Texas Holdem Poker”, “Okey Plus”, “Bizim Çiftlik”, “Diamond Dash”, “Çanak Okey”, “Pool Live Tour”-dur. Sonuncu sırada isə “Top Eleven be a Football Manager” oyunu durur. Azərbaycanda isə ən çox oynanılan Facebook oyunu “Angry Birds” və “Bizim Çiftlik” oyunudur.