Facebook Silinmiş Şəkilləri Saxlamayacaq

Facebookda paylaşılan heç bir şeyi tamamilə silmək, yaxud yox etmək mümkün deyildi. Facebook üzərində paylaşılan bütün material və məzmunlar Facebookun serverində saxlanıldığı üçün onun tamamilə ortadan qaldırılması istifadəçilər tərəfindən qərarlaşdırılmırdı.

Bu gizlilik qüsuru şəkillərə də aid edilir. Son zamanlara qədər siz şəkillərinizi silsəniz belə, Facebook serverinə bağlı şəklin dəqiq URL keçidindən istifadə etməklə həmin şəkli əldə etmək mümkün olurdu. Sildiyiniz şəkil sadəcə sizin profilinizdə görünmür, onlayn mövcudluğunu isə qoruyurdu.

Facebookun son verdiyi xəbərə görə gizlilik təkmilləşdirilib və bu qüsur nisbətən ortadan qaldırılıb. Facebook şirkəti silinən şəkillərin iki gün ərzində tamamilə serverlərdən təmizlənəcəyini vəd edib.

Sizcə Facebookun başqa hansı gizlilik qüsurları mövcuddur?