Facebook şifrəsini unudanlara dost köməyi

Facebook istifadəçiləri artıq bəzi dostlarını “etibarlı şəxslər” siyahısına daxil edə biləcəklər.

Sosial şəbəkələrdən biri olan Facebook istifadəçi şifrəsini unutduqları zaman seçdikləri dostlarından yardım almaqla şifrələrini bərpa edə biləcəklər. “Etibarlı Şəxslər” istifadəçinin şifrəsini unutduğu zaman onlara göndərilən təhlükəsizlik kodunu telefon və ya şəxsən “unutqan dostlar”-ına çatdıra biləcəklər. Facebook bloqunda verdiyi açıqlamada bildirib ki, bu tətbiqetmə vasitəsilə istifadəçi itirdiyi şifrəsini əvvəlki kimi xatırlamaq üçün uzun və yorucu əməliyyatlar aparmalı olmayacaq.

Odur ki, şifrənizi itirdiyiniz zaman dostlarınıza etibar edə bilərsiniz.