Facebook ödənişli sistemə keçmək istəyir

Facebookun yaradıcısı Mark Zuckerbergin bu tətbiqetmə üçün 2011-ci ilin ortalarından patent üçün müraciət etdiyi bildirilir. Müzakirə olunan bu yenilik sayəsində siz aylıq ödəniş edərək digərlərindən fərqlənə biləcəksiniz. Bu tətbiqetmə istifadəçilərə profil səhifələrinin yanında görünən və istənməyən reklamların təmizlənməsi, dostların seçilməsi, mesajların daha görünə bilən hala gəlməsi kimi xidmətlər təqdim edəcək. Təbii ki, bunun qarşılığında Facebook istifadəçisi ödəniş edəcək. Lakin, patent müraciəti hələ bütün bunların gerçəkləşəcəyi mənasına gəlmir.