Facebook mobil telefon sahəsində rekorda imza atdı

Facebook mobil telefon sahəsində rekorda imza atdı

Aparılan statistikaya əsasən, Facebook-dan daha çox mobil telefonlar vasitəsilə istifadə olunur. Belə ki, müəyyən olunmuşdur ki, Facebook-un mobil telefon istifadəçiləri, PC istifadəçilərinə nəzərən daha çoxdur. Bu nəticənin texnologiyanı təəccübləndirdiyini deyə bilmərik, çünki bu, gözlənilən bir şeydir, son zamanlar təkmilləşdirilən telefonlar artıq minikompüterlər kimi istifadə olunur. Və bu ağıllı telefonlar vasitəsilə istənilən əməliyyatı həyata keçirmək mümkün olur. Araşdırmalara əsasən, Facebook-n mobil telefonlar tənzimləməsindən 306 milyon dollardan çox gəlir əldə etmişdir. Və bununla da məşhur firma belə bir nəticə ilə mühüm bir uğura imza atmış oldu.

Facebook-un bu uğuru səhmdarları da çox məmnun edib və 2012-ci ildə Facebook-un qarşısına qoymuş olduğu mobil strategiyasına nail olduğu sübut olundu. Bununla da, Facebook bu il gəlirinin 23 %-ini mobil tənzimləmədən əldə etmiş oldu. Məşhur sosial şəbəkə gəliri ilə bərabər həm də istifadəçisinin də sayını artırıb. Keçən son bir il ərzində Facebook-un mobil istifadəçilərin sayının artması ilə ümumi Facebook istifadəçilərinin sayı 57 % artmış oldu.

Keçən ilə aid son reklamları açıqlamaq üçün mətbuat iclası keçirən Facebook yaradıcısı Mark Zuckerberg qeyd etdi ki, “2012-ci ilə mobil platformaya sıfır reklamla başladıq. İlin sonunda isə gəlirimiz 23 % artdı və biz bunu mobil istifadəçilərdən əldə etdik”. Və onu da bildirdi ki, bir il əvvələ nəzərən ümumi gəlir 67% artaraq 849 milyon dollara yüksəlmişdir.