Facebook Messengerdə tarifə qənaət funksiyası yaradılıb

Bu ayın əvvəlindən Facebook interneti zəif olan ölkələri nəzərə alaraq Messengerdə Android platformalı smartfonlar üçün Lite-versiya yaradıb. Bu funksiyanın əsas məqsədi internet tariflərinə qənaət etməkdir. Messenger istifadəçilərinin bir çoxu bu funksiyanın əlavə olunması arzusunda idilər. Bu səbəbdən də Facebook Data Saver adlı bu funksiyanı Messengerə tətbiq etmək qərarına gəlib.

Data Saver funksiyası messengerdə tez-tez video, audio mesajlar və şəkillər göndərən istifadəçilər üçün mühüm bir yenilikdir. Bu funksiya həmçinin yüksək sürətli internetə qoşula bilməyənlərə də yardım edəcək. Wi-Fi şəbəkəsinə qoşulan zaman isə Messenger öz adi funksiyalarının icrasına geri dönəcək.